
11 illik kolleclər üçün 1356 abituriyent ərizəsini təsdiqləyib
Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə keçirilən ixtisas seçimi, müsabiqə şərtləri və qeydiyyat müddəti barədə məlumat üçün direktor.az-a abunə olun. Tələbə qəbulu, imtahan qaydaları və təhsil idarəçiliyi sahəsindəki xəbərdarlıqlar üçün bizi izləməyə davam edin.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 27 sentyabr saat 23:59-dək davam edəcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, tədris dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə - https://eservices.dim.gov.az/erizebak/ixtisas3/PageParol.aspx daxil edib təsdiq etməlidirlər.
Son məlumatlara əsasən, 1356 abituriyent ərizəsini təsdiq edib.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin