
Şagirdlər arasında “Zəfər Kuboku”intellektual yarışı keçirilib
Məktəblilərin intellektual yarışlarını, və təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Şagirdlərimizin bilik yarışlarındakı qələbələri, ən son məktəb layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 6-da Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr-Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Zəfər Kuboku” intellektual yarışı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Gədəbəy rayonu üzrə təhsil sektoru və Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 14 komanda iştirak edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tarixi qələbənin əhəmiyyəti və vətənpərvərlik dəyərlərinin təbliği vurğulanıb.
Yarışın nəticələrinə əsasən:
🥇 I yer – “Laçın”
🥈 II yer – “44 Gün”
🥉 III yer – “Dəmir Yumruq”
Qalib komandalar kubok və diplomla təltif olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

