
Şəki-Zaqatala məktəblərində "Zəfər" elm müsabiqəsi keçirilib
Məktəblilərimizin elmi uğurlarını, intellektual yarışları izləmək üçün direktor.az- abunə olun. Təhsil sahəsindəki rəsmi nəticələr, maarif xəbərlərini üçün bizi izləyin.
Noyabrın 6-da Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən keçirilən "Zəfər" elm müsabiqəsinin final mərhələsinin qalibləri müəyyən edilib.
Direktor.az xəbər verir ki, Müzəffər Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin əbədiləşdirilməsi, eləcə də yaradıcı düşüncəsi və bilikləri ilə fərqlənən istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil olunmuş müsabiqənin nəticələrinə əsasən, aşağı və yuxarı yaş qruplarında ilk 44 yeri tutan və eyni nəticə göstərən şagirdlər qalib elan olunub. Nəticələr artıq RTİS elektron platforması vasitəsilə təhsil müəssisələrinə rəhbərlərinə təqdim olunub.
Qeyd edək ki, müsabiqənin nəticələrindən narazı qalan iştirakçılar noyabrın 13-dək Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müraciət edərək apellyasiya şikayəti verə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
