
Gəncə-Daşkəsən RTİ-nin kollektivi Şəhidlər xiyabanı ziyarət edib
Regionlarımızdakı maarif ocaqlarında keçirilən vətənpərvərlik tədbirlərini, təhsil işçilərinin təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son qürurverici Zəfər tədbirləri, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Direktor.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qazanılmış möhtəşəm qələbəni əbədiləşdirmək məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

