
Şagirdlər arasında şahmat yarışı keçirilib
Gənc istedadların intellektual potensialını üzə çıxaran yarışları, məktəblilərin qələbələrini izləmək üçün direktor.az-a abunə olun. Regional turnir nəticələri və təhsil gündəmindəki ən aktual yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Tovuzda yeniyetmə şagirdlər arasında
“8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər kuboku” Tempo turniri keçirilib.
Direktor.az xəbər verir ki, turnir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP rayon təşkilatı, Qazax–Tovuz RTİ-nin rayon üzrə təhsil sektoru və Tovuz rayon uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarış oğlan və qızlardan ibarət 10 - 16 yaş yeniyetmə şagirdlər arasında baş tutub. Ümumilikdə 58 şagird iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda oğlanlar və qızlar arasında I, II və III yerləri tutan şahmatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

