
2 universitetdə dərslər onlayn olacaq
Paytaxtdakı yol məhdudiyyətləri fonunda ali təhsil müəssisələrinin iş qrafiki, distant tədris qərarları və tələbələri maraqlandıran rəsmi bildirişləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki aktual xəbərlərdən, tədris prosesindəki dəyişikliklərdən agah olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) bu həftə dərslər onlayn rejimdə keçiriləcək.
Direktor.az Yeni Sabah-a istinadla xəbər verir ki, qərar Formula 1 Bakı Qran Prisi ilə əlaqədar qəbul edilib.
Belə ki, yarışla əlaqədar Bakıda bir sıra ərazilərdə hərəkət məhdudiyyətlərinin tətbiq olunması nəzərə alınaraq, universitetlərdə tədrisin onlayn formatda təşkilinə qərar verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin