
UNEC-də birinci kurslarla görüş keçirilib
Ali məktəblərdəki tədris prosesi, ikili diplom və mübadilə proqramları, eləcə də universitet həyatına dair rəsmi xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki hadisələrdən və tələbələri maraqlandıran yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
UNEC-in Maliyyə və mühasibat fakültəsində birinci kurslarla görüş keçirilib.
Direktor.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2026/2027-ci tədris ilində Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisaslarına yeni qəbul olunmuş birinci kurs tələbələri ilə silsilə tanışlıq görüşləri təşkil edilib.
Tədbirdə çıxış edən fakültə dekanı, dosent Hafis Hacıyev və “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov tələbə adını qazanan gəncləri təbrik ediblər. Natiqlər müasir əmək bazarının çağırışlarına cavab verən bacarıqlara yiyələnməyin əhəmiyyətini vurğulayaraq, bu təhsil pilləsinin gənclərə geniş perspektivlər açmaqla yanaşı, ciddi məsuliyyət də tələb etdiyini bildiriblər. Görüşdə həmçinin tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişərək ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəklərinə inam ifadə olunub.
Dekan H.Hacıyev qəbul göstəricilərini diqqətə çatdıraraq qeyd edib ki, cari tədris ilində fakültəyə ümumilikdə 524 nəfər qəbul olunub. Onlardan 300-ü “Maliyyə”, 224-ü isə “Mühasibat” ixtisasının payına düşür. Tələbələrin 4-ü 600-dən çox bal toplayıb, 15 nəfəri isə xarici vətəndaşdır. Fakültə üzrə ən yüksək nəticəni “Maliyyə” ixtisasında Yasin Cəfərov (626,3 bal), “Mühasibat” ixtisasında isə Gülay İmanova (497,3 bal) göstərib. İxtisaslar üzrə minimal keçid balları isə müvafiq olaraq 499,5 və 367,1 bal təşkil edib.
Görüş çərçivəsində tələbələrə universitet mühiti və tədrisin təşkili ilə bağlı geniş məlumat verilib. Birinci kurslara imtahan qaydaları, akademik təqvim, təhsilin idarəetmə platforması, beynəlxalq ikili diplom layihələri, mübadilə, təqaüd, UDİD və MİNOR imkanları barədə ətraflı izahat verilib. Eyni zamanda Kitabxana-İnformasiya Mərkəzi, “Bir pəncərə” xidməti, Psixoloji Dəstək Mərkəzi və tələbə ictimai təşkilatlarının fəaliyyəti diqqətə çatdırılıb.
Görüş tələbələrin təəssüratlarının dinlənilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin