
20 Somali vətəndaşı Azərbaycanda təhsil alacaq
Ölkənin təhsil və imtahan sistemindəki ən son islahatları, rəsmi elanları və beynəlxalq nailiyyətləri izləmək üçün direktor.az saytına abunə olun. Təhsil sahəsindəki mühüm proseslərdən və aktual xəbərlər üçün bizi izləməyə davam edin.
2026–2027-ci tədris ili üzrə 20 nəfər Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində bakalavriat, magistratura və rezidentura üzrə təhsil alacaqlar.
Tədris proqramları humanitar və sosial elmlər, təbiət elmləri, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı, eləcə də rezidentura üzrə müvafiq ixtisasları əhatə edəcək. Qeyd edək ki, tələbələrin təhsili “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

