
210 namizəd vakant məktəb vəzifələri üçün imtahan verib
Məktəblərdə işə qəbul müsabiqələrini, imtahan qaydalarını izləmək üçün direktor.az-a abunə olun. Test imtahanlarının nəticələri, növbəti sessiyalar və ölkə təhsil gündəmindəki yenilikləri vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Şəki-Zaqatala regionunda məktəblərdəki vakant yerlər üzrə test imtahanı keçirilib.
Direktor.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kadr təminatı məqsədilə növbəti test imtahanı təşkil edilib. Şəki şəhər 11 nömrəli tam orta məktəbdə mərkəzləşdirilmiş qaydada və kompüter vasitəsilə keçirilən elektron imtahanda ümumilikdə 210 namizəd bilik və bacarıqlarını sınayıb.
Sınaq mərhələsi uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, kitabxanaçı və katibə-makinaçı vəzifələri üzrə mövcud vakant yerlərin tutulması üçün nəzərdə tutulub. Proses zamanı iştirakçılara 120 dəqiqə vaxt ayrılıb və onların cavablandırması üçün cəmi 60 sual təqdim olunub. Suallar aşağıdakı məzmun bloklarını əhatə edib:
İxtisas fənni (iddia edilən vəzifə üzrə): 30 sual
Müvafiq sahə qanunvericiliyi: 15 sual
İnformasiya-kommunikasiya texnologiyaları (İKT): 15 sual
İşə qəbul müsabiqəsinin növbəti sınaqları isə 17 sentyabr saat 15:00-da davam edəcək. Həmin sessiyada təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, çağırışaqədərki hazırlıq rəhbəri, psixoloq və laborant vakansiyaları üzrə müraciət edən namizədlər test imtahanına cəlb olunacaqlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin