
Nazir Ceyhun Bayramov BMU-nun somalili tələbəsini təltif edib
Ölkədə təhsil alan əcnəbi gənclərin akademik uğurlarını, beynəlxalq inkişaf tərəfdaşlıqlarını izləmək üçün direktor.az-a abunə olun. Qlobal əməkdaşlıq layihələri və universitetlərimizlə bağlı vacib elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Bakı Mühəndislik Universitetinin (BMU) “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə təhsil alan Somali vətəndaşı Shafi'i Mohamud Nageye tədrisdə göstərdiyi yüksək akademik nailiyyətlərə görə sertifikata layiq görülüb.
Direktor.az xəbər verir ki, mükafat tələbəyə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tərəfindən şəxsən təqdim olunub.
Təltifetmə mərasimi Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis edilməsinin 15 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində baş tutub. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı xətti ilə təhsil alan və dərslərində xüsusi fərqlənən digər əcnəbi gənclər də mükafatlandırılıblar.
Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın qlobal inkişaf tərəfdaşlığı sahəsində qazandığı uğurlardan, AIDA-nın 15 illik fəaliyyət tarixindən, eləcə də respublikamızın beynəlxalq humanitar dəstək və inkişaf proseslərinə verdiyi əhəmiyyətli töhfələrdən söz açıb. Mərasimdə həmçinin elm və təhsil naziri Emin Əmrullayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren və digər rəsmi şəxslər çıxış ediblər.
Tədbir boyu AIDA-nın ötən 15 il ərzində humanitar yardım və çoxtərəfli əməkdaşlıq çərçivəsində gördüyü işlər haqqında geniş hesabat dinlənilib, agentlik ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb və müxtəlif mövzularda panel müzakirələri reallaşdırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin