
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
Ali təhsil və dövlət qurumlarındakı ən son kadr təyinatları, rəsmi qərarlardar xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ölkəmizin maarif sistemində baş verən bütün vacib hadisələri, rəhbər vəzifələrə təyinatları üçün bizi izləyin.
Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nəcəfov Elxan Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrı Dövlət Agentliyinindən bildirilib. Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.
2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub. 2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

