
ADAU tələbələri üçün təcili vəziyyətlərdə ilkin yardım təlimi keçirilib
Ali təhsil müəssisələrində tələbələrin hərtərəfli inkişafı, maarifləndirici layihələr və universitet həyatı ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Tələbə təşəbbüsləri və təhsil sistemindəki mühüm hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələr üçün ilkin yardım və kardiopulmonar reanimasiya (CPR) üzrə təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. “Every Beat Counts” kampaniyası çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə keçirilən təlimin əsas məqsədi gənclərə ilkin yardım və CPR barədə zəruri nəzəri biliklər vermək, eləcə də praktiki bacarıqlar qazandırmaq olub.
Təlimin nəzəri sessiyasında 190 gənc iştirak edib. Praktiki məşğələlər zamanı isə 60 tələbəyə ilkin yardım və CPR üzrə bacarıqların tətbiqi öyrədilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin