
DİM kimya fənni üzrə elmi-metodik seminar keçirilib
İmtahan proqramları, “Abituriyent” jurnalının yeni buraxılışları və qəbul qaydaları ilə bağlı rəsmi yenilikləri izləmək üçün direktor.az-a abunə olun. DİM-in fəaliyyəti, fənn kurikulumlarından xəbərdar olmaq üçün bizi izləyin.
13 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodik seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Seminarda aşağıdakı gündəlik məsələlər müzakirə olunub:
1. Seminarın iş planının təsdiqi;
2. I (RK altqrupu) və IV ixtisas qrupları üçün qəbul imtahanı proqramının müzakirəsi.
Seminarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənn üzrə mütəxəssisləri iştirak ediblər.
Afiqə Batıyeva gündəlik məsələlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu müzakirələr nəticəsində proqramlar təsdiq edildikdən sonra “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.
Daha sonra seminar rəhbəri Elşad Abdullayev imtahan proqramını müzakirəyə təqdim edib. Proqramın ümumi kimyaya aid olan hissəsi müzakirə olunub. Müzakirələr nəticəsində iştirakçılar tərəfindən qeyd edilən təkliflər nəzərə alınaraq müəyyən redaktə xarakterli düzəlişlər edilib. Sonda seminar iştirakçılarının proqram haqqında sualları cavablandırılıb. Növbəti həftə müzakirələr davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin