
MDU ilə Fizika İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
Region universitetlərinin elmi inteqrasiyası, gənc tədqiqatçıların inkişafı və akademik əməkdaşlıqlar barədə məlumat almaq üçün direktor.az-a abunə olun. Təhsil və elm sektorundakı ən son yeniliklər üçün bizi izləməyə davam edin.
Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Fizika İnstitutu arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Direktor.az xəbər verir ki, bu barədə MDU-dan bildirilib. Memorandumun imzalanmasında Fizika İnstitutunun baş direktoru Elçin Hüseynov və Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova iştirak ediblər.
Tərəflər elmi əməkdaşlığın istiqamətlərini, Mingəçevir Dövlət Universitetinin magistrantlarının Fizika İnstitutunda elmi-tədqiqat işlərinə cəlb olunmasını, müasir cihaz və avadanlıqlardan birgə istifadə imkanlarını müzakirə ediblər. Bu əməkdaşlıq tələbələrin elmi fəaliyyətə inteqrasiyasını, tədqiqat mühitində təcrübə qazanmasını və müasir elmi metodlarla işləmək bacarıqlarının formalaşdırılmasını dəstəkləyəcək.
Birgə elmi təşəbbüslərin genişləndirilməsi MDU-nun tədqiqat potensialının gücləndirilməsinə, elmi fəaliyyətin praktiki imkanlarla əlaqələndirilməsinə və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verəcək. Fizika İnstitutu ilə imzalanan memorandum elmi əməkdaşlığın dərinləşdirilməsi və yeni tədqiqat imkanlarının yaradılması baxımından mühüm addımdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin