
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib
Region universitetlərinin elmi inteqrasiyası və akademik əməkdaşlıqlar barədə məlumat almaq üçün direktor.az-a abunə olun. Təhsil və elm sektorundakı ən son yeniliklər üçün bizi izləməyə davam edin.
Yusif Axundov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.
Direktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura təhsilini başa vurub. Əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC-də mühəndis kimi başlayan Yusif Axundov 2005–2008-ci illərdə “McDermott Caspian Contractors Inc” şirkətində tərcüməçi və inzibatçı, 2008–2013-cü illərdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Kommersiya şöbəsində iqtisadi məsələlər üzrə müşavir vəzifələrində çalışıb. 2013–2017-ci illərdə “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də ixracat üzrə mütəxəssis və şöbə müdiri, 2018–2020-ci illərdə “Mars FK LTD” MMC-nin direktoru olub. 2024-cü ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
12 oktyabr 2026-cı il tarixindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin