
DİM “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirib
Təhsildə müasir yanaşmalar, dövlət qulluğu üzrə ixtisasartırma layihələri və rəsmi xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil və dövlət idarəçiliyi sahəsindəki bütün yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 12 və 13 oktyabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Tural İsgəndərov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılar ünsiyyət bacarıqlarının əhəmiyyəti, Shennon Viver modeli, ünsiyyət növləri, inandırıcı ünsiyyət, auditoriyanın analizi, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir etmə üsulları, ünsiyyət qurularkən məlumatın qəbul olunması, görüşlərdə yönləndirici ünsiyyət və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin