
ADNSU-da Pakistanlı alimlərin iştirakı ilə elmi seminar keçirilib
Universitetlərimizdə təşkil olunan beynəlxalq elmi tədbirləri, qabaqcıl tədqiqatları izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil sahəsindəki ən son akademik yeniliklər, qlobal layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi şöbəsinin təşkilatçılığı ilə Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrasının tələbələri üçün elmi seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminarda bitkilərdə ağır metal stresi, ətraf mühitin təmizlənməsi və biochar texnologiyaları kimi aktual elmi mövzular müzakirə olunub. Beynəlxalq səviyyədə tanınmış alimlər qonaq spiker qismində çıxış ediblər.
Pakistanın Feysalabad Dövlət Universitetinin (Government College University Faisalabad - GCUF) Konfutsi İnstitutunun direktoru, professor Shafaqat Ali “Bitkilərdə ağır metalların yaratdığı stress: toksik təsirlər və davamlı təmizləmə üsulları” mövzusunda təqdimatla çıxış edib. O, ağır metalların bitkilərə toksiki təsirindən və davamlı remediasiya yanaşmalarından danışıb.
Pakistanın Lahor Universitetinin professoru Ghulam Murtaza isə “β-kükürdlə modifikasiya edilmiş bioçar buğdada skandiumun toksik təsirini azaldır” mövzusunda məruzə edib. O, “Industrial Crops and Products” jurnalında 2026-cı ildə dərc olunmuş tədqiqatının nəticələrini tələbələrlə bölüşüb.
Çıxışlardan sonra tələbələr qonaqlara suallar ünvanlayıb və maraqlandıqları mövzular üzrə fikir mübadiləsi aparıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

