
İdman Akademiyası “QS Stars” audit qiymətləndirməsində 5 ulduza layiq görülüb
Ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq miqyaslı qabaqcıl nailiyyətlərini, qlobal reytinq göstəricilərini izləmək üçün direktor.az-a abunə olun. İdman təhsilimizin qlobal uğurları, rəsmi xəbərlər üçün bizi izləyin.
Azərbaycan İdman Akademiyası (ASA) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds (QS)” tərəfindən həyata keçirilən “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə hesab edilən 5 ulduza layiq görülüb.
Direktor.az xəbər verir ki, bu barədə akademiyadan verilib. ASA audit çərçivəsində 9 kateqoriya üzrə qiymətləndirilib, onlardan 5-də 5 ulduz (“mükəmməl”), digər 4-də isə 4 ulduz ("çox yaxşı") nəticəsi əldə edib. Akademiyanın tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik və səmərəli idarəetmə kateqoriyaları üzrə nəticəsi 5 ulduzdur.
Qeyd edək ki, ASA dünyada bu nəticəni əldə edə edən ilk idman profilli ali təhsil müəssisəsidir. ASA-nın 5 ulduza layiq görülməsi Azərbaycanda idman təhsilinin beynəlxalq səviyyədə tanınması və Akademiyanın qlobal ali təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu uğur ASA-nın beynəlxalq keyfiyyət standartlarına uyğun inkişafının və ali idman təhsili sahəsində artan nüfuzunun göstəricisidir.
“QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu sistemlərdən biridir. Bu sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən edərək onların dünya miqyasında tanınmasına töhfə verir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
