
Naxçıvanda IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun monitorinq keçiriləcək
Regionlardakı təhsil yeniliklərini, imtahan prosesləri ilə bağlı rəsmi elanları izləmək üçün direktor.az-a abunə olun. Şagird nailiyyətləri, monitorinq cədvəllərindən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 22 noyabr 2026-cı il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. Monitorinqdə 4500-dən artıq şagirdin iştirakı nəzərdə tutulur. Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq.
Şagirdlərimiz monitorinqdə istifadə olunan mövzularla bağlı https://l24.im/4ji0p linkindən tanış ola bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

