
Tərbiyəçi-müəllim vəzifəsində çalışmaq istəyən namizədlərin nəzərinə!
Təhsil sahəsindəki işə qəbul proseslərini, vakansiya elanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların yerləşdirilməsi, rəsmi qeydiyyat tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi elan edilir.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak üçün vakant yerlərin seçimi və qeydiyyat prosesi 11-13 noyabr tarixlərini əhatə edəcək.
Yalnız 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində iştirak etmiş və 40 və daha yüksək bal toplamış namizədlər qeydiyyatdan keçə bilərlər.
Vakant yerlərin siyahısı ilə tanış olmaq üçün: https://docs.google.com/spreadsheets/d/1JRxqhDtsgmyzUAOccZTbBmwU9V_sBVtwFuhRoYbrits/edit?gid=0#gid=0
Müsahibə mərhələsində iştirak üçün qeydiyyat linki: https://docs.google.com/forms/d/15BJIO8IL94OzSAZ8DWipJJbADmm8OtO8kA14JhFipFY/edit
Qeydiyyat müddəti:
Başlama: 11 noyabr 2026-cı il, saat 13:00
Bitmə: 13 noyabr 2026-cı il, saat 18:00
Namizədlər təqdim olunan vakant yerlər arasından yalnız bir vakant yer seçə bilərlər. Qeydiyyatın son tarixədək tamamlanması vacibdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

