
ADNSU tələbəsi respublika turnirinin qalibi olub
Tələbələrin nailiyyətləri, gənclərin uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Tələbə həyatındakı qabaqcıl idman uğurları, rəsmi elanlar xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Sənaye mühəndisliyi fakültəsinin tələbəsi Elmir İsmayıllı MMA və Grappling üzrə keçirilən respublika turnirində uğurla çıxış edərək birinci yerə layiq görülüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. 66 kq çəki dərəcəsində mübarizə aparan Elmir İsmayıllı rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi olub. Yarışda nümayiş etdirdiyi yüksək fiziki hazırlıq, texniki bacarıq və əzmkarlıq onun uğurlu çıxışında mühüm rol oynayıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

