
Odlar Yurdu Universiteti ilə Harvard Universiteti arasında əməkdaşlıq
Ali təhsil sahəsindəki qlobal tərəfdaşlıqları, beynəlxalq əlaqələrin genişlənməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı beynəlxalq layihələr, akademik yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, professor Samir Vəliyev və İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı, PhD Aydın Əliyev Harvard Universitetinin Akademik Proqramlar və Tələbə Xidmətləri Bölməsinin Tələbə İşləri Ofisinin rəhbəri Indra Acharya və universitetin nümayəndə heyəti ilə görüş keçiriblər.
Direktor.az xəbər verir ki, bu barədə OYU-dan bildirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, akademik və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eləcə də birgə elmi konfrans və seminarların təşkili məsələləri müzakirə olunub.
Tərəflər ali təhsil sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir və təkliflərini bölüşüblər. Görüşün yekununda əməkdaşlığın rəsmiləşdirilməsi məqsədilə tərəflər arasında gələn həftə Anlaşma Memorandumunun imzalanmasının nəzərdə tutulduğu bildirilib.
Bu əməkdaşlıq təşəbbüsünün Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, akademik imkanlarının inkişafına və tələbələr üçün yeni perspektivlərin yaradılmasına töhfə verəcəyi gözlənilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

