
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
Universitet kollektivinin psixoloji rifahının dəstəklənməsinə yönələn tədbirləri, tərəfdaşlıq layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl təşəbbüslər və təhsil sahəsi üzrə rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universiteti (BDU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq çərçivəsində Universitet əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. BDU-nun Keyfiyyət təminatı Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim Milli Observatoriyanın mütəxəssisi, psixoloq, 3 saylı Bakı DOST Mərkəzində sosial-psixoloji xidmətlər üzrə aparıcı mütəxəssis Ramilə Abidova tərəfindən aparılıb.
Tədbirin açılışında çıxış edən BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov təlimin BDU əməkdaşlarının peşəkar və fərdi inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin BDU ilə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən bəhs edərək, bu tərəfdaşlığın əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sosial və psixoloji rifahının dəstəklənməsi istiqamətində yeni imkanlar yaratdığını qeyd edib.
Təlimin əsas məqsədi Universitet əməkdaşlarının yumşaq bacarıqlarının inkişaf etdirilməsi, stresli vəziyyətlərdə effektiv davranış strategiyalarının formalaşdırılması, emosional dayanıqlılığın gücləndirilməsi və stresin idarə olunması üzrə praktiki bilik və bacarıqlarının artırılması olub.
İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində stresin yaranma səbəbləri, onun insanın psixoloji və fiziki sağlamlığına təsiri, streslə mübarizə strategiyaları, emosiyaların tənzimlənməsi və gündəlik iş mühitində stresin azaldılması üsulları ətrafında ətraflı müzakirələr aparılıb. İştirakçılara stresli situasiyalarda düzgün qərarvermə, emosional tarazlığın qorunması və iş prosesində yaranan çətinliklərin effektiv idarə edilməsi ilə bağlı praktiki tövsiyələr təqdim olunub. Eyni zamanda, əməkdaşlar mövzu ilə bağlı fikir və təcrübələrini bölüşərək interaktiv müzakirələrdə fəal iştirak ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

