
ADPU tələbəsi dünya çempionatında bürünc medal qazanıb
Tələbələrin nailiyyətləri, gənclərin uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Tələbə həyatındakı qabaqcıl idman uğurları, rəsmi elanlar xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsinin I tədris ili tələbəsi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən para-taekvondo üzrə dünya çempionatının ikinci günündə K44 kateqoriyası, 70 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Son paralimpiya çempionu və dünya reytinqinin birincisi olan İmaməddin 1/8 finalda almaniyalı Kolja Grabe, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda meksikalı Juan Garcia ilə qarşılaşan İmaməddin Xəlilov rəqibinə məğlub olub.
Qeyd edək ki, dəfələrlə qitə və dünyamiqyaslı yarışların qalibi olan İmaməddin 2024 Yay Paralimpiya Oyunlarının açılış paradında Azərbaycanın bayraqdarı olub. O, Azərbaycanı həmin Paralimpiya Oyunlarında uğurla təmsil edib və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində para-taekvondo üzrə ilk paralimpiya çempionu olub. Prezident İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. İ.Xəlilov 2026/2027-ci tədris ili üzrə keçirilən ali təhsil müəssisələrinin bakavriat səviyyəsinə qəbulda ADPU-nun Fiziki tərbiyə müəllimliyi ixtisasına müsabiqədənkənar qaydada qəbul olunub və hazırda I tədris ili tələbəsidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

