
Məleykə Abbaszadə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr imzalamayıb
Ali təhsil və dövlət qurumlarındakı ən son kadr təyinatları, rəsmi qərarlardan xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ölkəmizin maarif sistemində baş verən bütün vacib hadisələri, rəhbər vəzifələrə təyinatları üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. Rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.
Direktor.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib.
Qeyd edilib ki, BDU ilə bağlı məlumatları yayımlamadan öncə universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirmək və rəsmi xəbərlərə istinad etmək xahiş edilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

