
SDU məzunu tələbələr üçün təqaüd təsis edib
Təqaüd imkanları və ölkəmizin təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki sosial layihələr, dövlət dəstəyi mexanizmlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) “Aktiv Enerji” MMC-nin iştirakı ilə Energetika və rəqəmsal texnologiyalar fakültəsinin Energetika ixtisası üzrə təhsil alan tələbələri üçün istehsalat təcrübəsi və təqaüd proqramına həsr olunmuş görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev universitet-sənaye əməkdaşlığının tələbələrin peşəkar hazırlığında əhəmiyyətini qeyd edib. O, istehsalat təcrübəsi və təqaüd proqramlarının tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirdiyini bildirərək, onları bu imkanlardan səmərəli faydalanmağa çağırıb.
Sonra “Aktiv Enerji” MMC-nin auditoru, SDU məzunu Emin Teymurxanlı şirkətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və enerji mühəndisliyi sahəsində gördüyü işlər barədə məlumat verib. Şirkətin aparıcı mühəndisi Negin Dehdilani və kiçik mühəndisi Fərid Mecidov təqdimatla müəssisənin istehsalat prosesi, sınaq müddətində həyata keçirilən işlər, laboratoriyaların fəaliyyəti, torpaqlama və ildırımdan mühafizə sistemlərinin layihələndirilməsi və quraşdırılması, eləcə də reallaşdırılan layihələr və əməkdaşlıq etdiyi şirkətlər haqqında çıxış ediblər.
Energetika və nəqliyyat texnologiyaları kafedrasının müdiri, dosent Ramiz Kəlbiyev bu cür proqramların tələbələrin peşəkar inkişafı baxımından əhəmiyyətini qeyd edərək, onların nəzəri bilik və elmi potensiallarını praktik mühitdə tətbiq etmələri, eləcə də müəssisənin fəaliyyətinə töhfə vermələri üçün mühüm imkan yaratdığını bildirib.
Görüş tələbələrin suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Sonda iştirakçılara hədiyyələr təqdim olunub.
Tədbirin ardından istehsalat təcrübəsi və təqaüd proqramına qəbul üzrə imtahan keçirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
