
Dağlıq Şirvan məktəblərində müəllimlər üçün metodik görüşlər keçirilib
Maarifləndirici tədbirləri, rəsmi görüşləri və ölkəmizin təhsil həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl təşəbbüslər, metodiki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, metodik xidmətə cəlb olunmuş ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixlərdə müəllimlərlə metodik görüşlər, praktik məşğələlər və maarifləndirici müzakirələr təşkil edilib.
Direktor.az xəbər verir ki, bu barədə Dağlıq Şirvan RTİ-dən bildirilib. Görüşlərdə dərsin planlaşdırılması, müasir təlim strategiyaları, qiymətləndirmə, müəllimlərin metodik ehtiyacları və tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri diqqət mərkəzində olub.
Eyni zamanda, aparıcı metodist və metodistlərin iştirakı ilə keçirilən ümumi görüşdə metodik xidmətin prioritetləri, fəaliyyət istiqamətləri və qarşıdakı dövrün hədəfləri müzakirə edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

