
ADU tələbələri İctimai Televiziyanın aparıcısı ilə görüşüb
Universitet həyatındakı gənclərin inkişafına yönəlmiş tədbirləri və elm-təhsil sahəsindəki m yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Rəsmi elanlar, təhsil yeniliklərindən xəbərdar olmaq üçün bizi izləyin.
İctimai Televiziyanın aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb və ADU Radionun qonağı olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüş zamanı Nigar Sabirqızı peşəkar fəaliyyətindən, televiziya jurnalistikasında qazandığı təcrübədən, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən aldığı müsahibədən danışıb.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayan aparıcı həmin günlərdə jurnalist kimi yaşadığı unudulmaz anları tələbələrlə bölüşüb. O, xüsusilə Kəlbəcərin azad olunması xəbərini efirdə səsləndirməyin yaratdığı qürur hissindən danışıb.
“Tərəqqi” medalı ilə təltif olunan Nigar Sabirqızı tələbələrin jurnalistika, canlı efir və peşəkar karyera ilə bağlı suallarını cavablandırıb, gələcəyin media nümayəndələrinə tövsiyələrini çatdırıb.
Görüşün yaddaqalan məqamlarından biri Nigar Sabirqızının tələbələrlə dərsdə olduğu zaman “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi xəbərini alması olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
