
9 dövlət orqanında vakansiya elan edilib - DİM
Dövlət qulluğu sahəsindəki vakansiyalar, müsahibə proseslərini izləmək üçün direktor.az-a abunə olun. Kadrların yerləşdirilməsi, rəsmi imtahan cədvəllərindən xəbərdar olmaq üçün bizi izləyin.
Elan üzrə 9 dövlət orqanında mövcud olan 13 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş namizədlərlə 36 müsahibənin keçirilməsi planlaşdırılır.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Müsahibələrin 16 – 30 noyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı https://exidmet.dim.gov.az/dqq/Report/DxMshMshQrafiki?ElanID=610 əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

