
SDU tələbələri beynəlxalq olimpiadada uğur qazanıblar
Universitetlərimizin beynəlxalq miqyaslı elmi nailiyyətlərini, tələbələrimizin qlobal bilik yarışlarındakı qələbələrini izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil sahəsindəki qabaqcıl beynəlxalq uğurlar, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri Kazan Dövlət Energetika Universitetinin təşkilatçılığı ilə keçirilən “Elektroenergetikada fizika-riyaziyyat hesablamaları” adlı beynəlxalq onlayn olimpiadada uğurlu nəticələr əldə ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Olimpiadada MDB-nin Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan və Qırğızıstan olmaqla 6 ölkəsindən 22 universitetin 321 tələbəsi iştirak edib. Onlardan 218-i Rusiya, 103-ü isə digər ölkələrin ali təhsil müəssisələrini təmsil edib.
SDU-nu olimpiadada Energetika və rəqəmsal texnologiyalar fakültəsinin “Energetika və nəqliyyat texnologiyaları” kafedrasının dosenti Nadir Hacıbalayevin rəhbərliyi ilə iki komanda təmsil edib. Universitetin professoru Cavanşir Məmmədov və dosent Nadir Hacıbalayev olimpiadanın təşkilat komitəsinin üzvləri qismində də fəaliyyət göstəriblər.
Olimpiadanın nəticələrinə əsasən, xarici universitetlərin komandaları arasında SDU-nun hər iki komandası I yerə layiq görülüb. Fərdi yarışmada isə Təbiət elmləri və Riyaziyyat fakültəsinin III kurs tələbəsi Xalidə Cəfərova III yeri tutub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

