
Genetik Ehtiyatlar İnstitutunda yeni rəhbər təyinatı olub
Elmi müəssisələrdə aparılan kadr təyinatlarını, qabaqcıl tədqiqat yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Akademik sahədəki son təyinatlar, elmi nailiyyətlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.
Direktor.az xəbər verir ki, bu barədə
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Noyabrın 11-də Agentliyin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.
Görüş çərçivəsində institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı məsələlərinə toxunulub. İnstitutun gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.
Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2023-cü ildə "Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olmuş, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirmiş, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

