
Pedaqoji Universitetin kafedra müdiri NDU əməkdaşları üçün vebinar keçirib
Universitetlərarası elmi-akademik əməkdaşlıqları, pedaqoji yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl metodoloji yanaşmalar, vebinarlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri professor Əbülfət Pələngov Naxçıvan Dövlət Universitetinin (NDU) dəvəti ilə Fənlərin tədrisində informasiya sistemlərindən əlaqəli istifadə mövzusunda vebinar keçirib.
Direktor.az xəbər verir ki, bu barədə ADPU-dan bildirilib. Vebinarda Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin dekanı dosent Vüqar Salmanov, fakültənin professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak ediblər.
Vebinar zamanı professor Əbülfət Pələngov mövzu ilə bağlı ətraflı təqdimatla çıxış edib, tədris prosesində informasiya sistemlərindən səmərəli və əlaqəli istifadənin imkanları, bu yanaşmanın təlimin keyfiyyətinə təsiri və fənlərin tədrisində tətbiqi məsələlərinə toxunub.
Mövzu ətrafında fikir mübadiləsinin aparıldığı vebinar iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

