
Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək
Ölkəmizin ali təhsil imkanlarının xaricdə təbliğini, qlobal tədbirləri, beynəlxalq sərgiləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı beynəlxalq layihələr, qəbul qaydalarından xəbərdar olmaq üçün bizi izləyin.
Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Tbilisi şəhərində Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Sərginin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan şagirdlərin, abituriyentlərin, tələbələrin və valideynlərin Azərbaycanın ali təhsil sistemi barədə məlumatlandırılması, eləcə də Azərbaycan universitetləri ilə birbaşa tanışlıq imkanlarının yaradılmasıdır.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri ilə görüşərək tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil və təqaüd imkanları, tələbə həyatı ilə bağlı ətraflı məlumat əldə edə, onları maraqlandıran sualları birbaşa universitet nümayəndələrinə ünvanlaya biləcəklər.
Sərgi 17 noyabr saat 10:00–18:00-a qədər Swissôtel Tbilisi, Soliko Virsaladze küçəsi 3 ünvanında keçiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

