
Agentliyin direktoru Naxçıvanda kolleclərin fəaliyyəti ilə tanış olub
Regionlarda orta ixtisas təhsilinin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsini izləmək üçün direktor.az-a abunə olun. Kolleclərdəki yeniliklər, rəsmi tövsiyələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 29-da Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki Kollecdə və Musiqi Kollecində, eləcə də Naxçıvan Tibb Kollecində olub.
Direktor.az xəbər verir ki, səfər zamanı kolleclərin infrastrukturu, maddi-texniki bazası və tədris şəraiti ilə tanışlıq olub, müəssisələrin rəhbər və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Tədris imkanlarından səmərəli istifadə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına diqqətin artırılmasının vacibliyi vurğulanıb.
Ülkər Səttarova kolleclərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib, qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının əhəmiyyətini qeyd edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

