
BDU tələbələri üçün İndoneziyada təhsil almaq imkanı
Tələbələr üçün xaricdə təhsil və mübadilə imkanlarını, ali məktəblərimizin qlobal tərəfdaşlıqlarını izləmək üçün direktor.az-a abunə olun. Beynəlxalq təqaüdlər, universitetlərarası mobillik proqramlarından məlumatlı olmaq üçün bizi izləyin.
İndoneziyanın Nusantara Multimedia Universiteti 2026–2027-ci tədris ilinin yaz semestrində təşkil olunacaq beynəlxalq akademik mobillik proqramında iştirak etmək üçün tələbələrin qəbulunu elan edir.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən bildirilib.Proqram aşağıdakı ixtisas istiqamətlərini əhatə edir:
- Mühəndislik və informatika
- Biznes
- Kommunikasiya
- Ətraf mühit elmləri
Proqram haqqında ətraflı məlumat əldə etmək üçün Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr şöbəsinə (əsas bina, III mərtəbə, 321-ci otaq) yaxınlaşa və ya international@bsu.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

