
DİM “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirib
Dövlət idarəçiliyində kadr potensialının gücləndirilməsi, sosial-iqtisadi inkişaf strategiyalarınıizləmək üçün direktor.az-a abunə olun. Rəsmi ixtisasartırma proqramları, gender bərabərliyi təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli “Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlimdə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak ediblər. Gender bərabərliyi, karyera və gender stereotipləri, işəgötürmə zamanı gender balansı ilə bağlı nəzərə alınmalı əsas məqamlar, əmək fəaliyyəti prosesində gender rollarının, normalarının və münasibətlərinin idarə olunması, iş elanlarında diskriminasiya halları barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, təlim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
