
ADNSU tələbəsi Respublika turnirində I yeri qazanıb
Ali təhsil müəssisələrimizdə gənclərin idman və intellektual nailiyyətlərini, tələbə uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı zəfərlər, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mexanika mühəndisliyi ixtisasının (qrup:432.25E) tələbəsi Hüseynli Şəhrur MMA üzrə keçirilən Respublika turnirində uğurlu çıxış edərək I yerin sahibi olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. 18–20 yaş qrupu üzrə 92 kq-dan yuxarı çəki dərəcəsində, Gamma sinfində mübarizə aparan Hüseynli Şəhriyar yarışda yüksək nəticə nümayiş etdirərək qalib adını qazanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

