
Məktəb direktorları ilə keyfiyyət hədəfləri üzrə görüşlər keçirilir
Təhsildə keyfiyyət təminatı mexanizmlərini, məktəb idarəçiliyindəki yeni tələblərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, rəhbər heyətin fəaliyyət standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlər davam edir.
Direktor.az xəbər verir ki, Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə keçirilən görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova paytaxt üzrə ötən tədris ilinin nəticələrinin təhlili və yeni dərs ilinin hədəfləri barədə məlumat verib. Sektor müdiri təhsilin keyfiyyətinin davamlı inkişafını təmin edən sistemli və nəticəyönümlü fəaliyyət mühitinin formalaşdırılmasının, təhsil müəssisələrində müəyyənləşdirilən hədəflərin gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı Keyfiyyət Fəaliyyət Planının icrasına dair təhsil müəssisələrinin qarşısında duran öhdəlikər, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, məktəbdaxili proseslərin səmərəli təşkili və nəticələrin davamlı izlənilməsi ilə bağlı məsələlər müzakirə olunub, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd Keyfiyyət Fəaliyyət Planında müəyyənləşdirilmiş istiqamətlər, qarşıya qoyulan hədəflər və gözlənilən nəticələr barədə məktəb rəhbərlərinə ətraflı məlumat vermək, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işləri müzakirə etməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

