
AGMA müəllimlər üçün “Yeniyetmə yaş psixologiyası” mövzusunda təlim keçirib
Müəllimlərin peşəkar inkişaf layihələrini, psixoloji yanaşmaları izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji mühitdəki innovativ təcrübələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Masallı şəhərində yerləşən Dəfinə liseyində gənc müəllimlər üçün “Yeniyetmə yaş psixologiyası” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Təlim AGMA-nın Masallı rayon koordinatoru, fiziki tərbiyə müəllimi Sakit Rufullazadə və təlimçi, APA üzvü, “Emosional intellekt” kitabının müəllifi, NLP Master Röyalə Vüqarqızının iştirakı ilə interaktiv formada təşkil olunub.
Təlimin əsas məqsədi müəllimlərin yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri haqqında biliklərini artırmaq, yeniyetmələrin davranış və emosional dəyişikliklərini düzgün anlamaq, onlarla sağlam ünsiyyət qurmaq, həmçinin təlim-tərbiyə prosesində psixoloji yanaşmalardan səmərəli istifadə bacarıqlarını inkişaf etdirmək olub.
Təlim çərçivəsində yeniyetməlik dövrünün əsas psixoloji xüsusiyyətləri, emosional və davranış dəyişikliklərinin səbəbləri, özünüdərkin və şəxsiyyətin formalaşması, həmyaşıd münasibətlərinin təsiri, motivasiya və özünəinamın inkişafı, eləcə də müəllim-yeniyetmə münasibətlərində düzgün ünsiyyət strategiyaları ətrafında müzakirələr aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
