
Naxçıvan MR-nın təhsil naziri direktorlarla görüşüb
Təhsilin inkişafına yönəlmiş idarəetmə qərarlarını, rəsmi görüşləri və maarif sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki yeniliklər, metodiki tapşırıqlardan məlumatlı olmaq üçün bizi izləyin.
Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası təhsil naziri Ovni Muradov Şahbuz rayonunda fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib. Təhsil naziri Ovni Muradov çıxışında təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrə toxunaraq rəhbərlərin üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb. O, müəssisələrdə tədris və tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinin, təhsilalanların bilik və bacarıqlarının inkişafına yönəlmiş tədbirlərin gücləndirilməsinin, təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun təşkilinin vacibliyini vurğulayıb.
Nazir müəssisə rəhbərlərinə mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, pedaqoji kollektivlərin fəaliyyətinin səmərəli təşkili, müəllim və tərbiyəçi-müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, valideynlərlə əməkdaşlığın genişləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Bildirilib ki, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, idarəetmədə tələbkarlığın və məsuliyyətin gücləndirilməsi, eləcə də qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas prioritetlərdəndir.
Görüşdə rayonun təhsil müəssisələrinin fəaliyyəti, tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər ətraflı müzakirə olunub. Müəssisələrin fəaliyyətində aşkar olunan nöqsanlar diqqətə çatdırılıb, onların aradan qaldırılması və işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqların yerinə yetirilməsinin nəzarətdə saxlanılacağı qeyd olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

