
Təhsildə Keyfiyyət Təminatı Agentliyi metodoji dəstək təlimi keçirib
Məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin təmin olunması mexanizmlərini, qiymətləndirmə meyarlarını izləmək üçün direktor.az-a abunə olun. Bağçalarda tətbiq edilən yeni standartlar, rəsmi qaydalardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı şəhəri, Ramana qəsəbəsi, 347 nömrəli körpələr evi-uşaq bağçasında pilot akkreditasiya prosesinə hazırlıq məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin əməkdaşları metodoloji dəstək təlimi keçirib.
Direktor.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib. Təlim çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası, akkreditasiya prosesinin təşkili, müvafiq qanunvericilik tələbləri və özünütəhlil hesabatının hazırlanması ilə bağlı iştirakçılara ətraflı məlumat verilib, akkreditasiyaya hazırlıq üzrə metodoloji istiqamətlər izah olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş 2026-cı ilin Fəaliyyət Planında “Məktəbəqədər təhsilin keyfiyyət təminatı sisteminin yaradılması və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi” tədbiri çərçivəsində cari ilin noyabr ayında bir məktəbəqədər təhsil müəssisəsinin institusional pilot akkreditasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları hazırlanıb və maraqlı tərəflərdən daxil olan rəy və təkliflər əsasında təkmilləşdirilib.
Pilot akkreditasiya prosesinin həyata keçirilməsi və nəticələrinin təhlili qiymətləndirmə meyarlarının praktik tətbiq imkanlarının müəyyənləşdirilməsinə, mövcud yanaşmaların təkmilləşdirilməsinə və növbəti mərhələdə məktəbəqədər təhsil müəssisələrində institusional akkreditasiya prosesinin daha səmərəli təşkilinə töhfə verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

