
UNEC-in rektoru Mərakeşdə sammitdə iştirak edir.
Ali təhsil müəssisələrimizin beynəlxalq əməkdaşlıq əlaqələrini, qlobal reytinq uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərarası innovativ təşəbbüslər, akademik yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
UNEC-in rektoru professor Ədalət Muradov Mərakeş Krallığında işgüzar səfərdədir. Səfər çərçivəsində rektor dünyanın müxtəlif ölkələrindən ali təhsil rəhbərlərini, beynəlxalq ekspertləri və təhsil texnologiyaları sahəsinin nümayəndələrini bir araya gətirən
Ərəb Universitetləri Sammitində iştirak edir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Times Higher Education (THE) təşkilatının Ben Guerir şəhərində yerləşən Mohammed VI Polytechnic University-də təşkil etdiyi sammit ali təhsilin gələcəyi, universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması, akademik mükəmməllik və innovativ təhsil modelləri kimi aktual məsələlərə həsr olunub.
Tədbirin açılışında THE-nin Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Lokesh Jetley, Mohammed VI Polytechnic University-nin prezidenti Hicham El Habi və digər tanınmış ekspertlər çıxış ediblər. Professor Mariam Dahbi “Təhsildə mükəmməlliyin layihələndirilməsi”, Said Hamdioui isə “Reytinqlərdən kənarda: Strateji ərəb çağırışlarının həllinə yönəlmiş dərin texnologiyalar universitetlərinin qurulması” mövzularında məruzələrlə çıxış ediblər.
Sammitin proqramında universitetlərin beynəlxalq nüfuzunun gücləndirilməsi, reytinqlərdə mövqelərinin yaxşılaşdırılması və süni intellektin tədris prosesinə inteqrasiyası məsələləri xüsusi yer alıb. Bu istiqamətlərdə “Uzunmüddətli brend təsiri və dəyəri yaratmaq üçün reputasiyanın və fəaliyyət nəticələrinin gücləndirilməsi”, “THE Ərəb Universitetləri Reytinqi 2027: Məlumatlar üzrə ustad dərsi” və “Autentik öyrənməni gücləndirmək üçün süni intellektin layihələndirilməsi” mövzularında panel müzakirələri keçirilib.
Professor Ədalət Muradov sammitdə ərəb universitetlərinin nümayəndələri, eləcə də təhsil texnologiyaları (EdTech) sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib. Görüşlərdə universitetlərarası əlaqələrin genişləndirilməsi, innovativ təhsil həllərinin tətbiqi və yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

