
AGMA-nın təşkilatçılığı ilə xüsusi təhsil sahəsində təlim keçirilib
İnklüziv və xüsusi təhsil sahəsindəki ən son metodologiyaları, pedaqoji təcrübə mübadilələrini izləmək üçün direktor.az-a abunə olun. Müəllimlərimizin peşəkar inkişafına yönəlmiş təlimlər, innovativ tədris layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Bakı şəhəri 334 nömrəli tam orta məktəbdə “Xüsusi təhsildə təlim prosesinin təşkili və sinfin idarə olunması” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Təlimin təşkilatçıları AGMA-nın Bakı şəhəri üzrə koordinatorları Gülüzə Mehdiyeva və Şəfa Fərəcova olublar.
Təlimdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Firuzə Rzayeva, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova, Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin nümayəndəsi, xüsusi təhsil üzrə supervayzer və ABA mütəxəssisi Xəqani Qayıbov iştirak ediblər.
Təlim çərçivəsində xüsusi təhsildə təlim prosesinin təşkili, sinfin idarə olunması və xüsusi təhsil ehtiyacı olan şagirdlərlə işin praktik aspektləri barədə ətraflı məlumat verilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub.
Təlimin əsas məqsədi müəllimlərin xüsusi təhsil sahəsində nəzəri biliklərini artırmaq, təlim prosesinin səmərəli təşkili və sinfin idarə olunması istiqamətində praktik bacarıqlarını inkişaf etdirmək olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

