
Şəki-Zaqatala RTİ-i musiqi rəhbəri vəzifəsinə işə qəbul elan edir
Regionlarımızdakı pedaqoji vakansiyaları, işə qəbul qaydalarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki ən son karyera imkanları, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala RTİ-dən bildirilib.
Müsabiqədə musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan şəxslər iştirak edə bilərlər.
Namizədlər 16 noyabr 2026-cı il saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/WFWHPSD9vo2sf3ea9
Müsabiqə yalnız müsahibə mərhələsindən ibarətdir. Qeyd edək ki, müsahibə mərhələsindən iki və ya daha çox namizəd uğurla keçdiyi halda, seçim aşağıdakı prioritet meyarlar əsasında aparılacaq:
• Şəhid ailəsinin üzvü olması;
• Özünün və ya həyat yoldaşının Vətən müharibəsi iştirakçısı olması;
• Təhsil səviyyəsi;
• Pedaqoji staj.
Müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifələrə təyin olunmamış namizədlər 1 il müddətində ehtiyat kadr siyahısına daxil ediləcəklər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

