
Almaniya səfiri ADU-da qonaq olub
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini, akademik əməkdaşlığı, dil tədrisi və tələbə mübadiləsi layihələrini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərin beynəlxalq inteqrasiyası və maarif sistemindəki rəsmi xəbərlər üçün bizi izləməyə davam edin.
Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke qonaq olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Kamal Abdulla Azərbaycan və Almaniya arasında mövcud olan dostluq münasibətlərinin inkişafından söz açıb, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edib. Səfir iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə təhsil və elm istiqamətində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan və Almaniya arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi, alman dilinin tədrisinin təkmilləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Rektor bildirib ki, universitetdə alman dili üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır, onların Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirakı üçün imkanlar yaradılır.
Akademik Kamal Abdulla Azərbaycan Dillər Universitetinin Almaniyanın ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Rektor Almaniyanın səfiri Dirk Lölkeni ADU-da həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. Səfir dəvəti məmnuniyyətlə qəbul edib və layihə çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşün əhəmiyyətini vurğulayıb.
Səfir daha sonra ADU-da fəaliyyət göstərən Alman Mübadilə Mərkəzi və Germanistika İnstitutunu ziyarət edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin