
DİM dövlət qulluqçuları üçün təlim keçirib
DİM-in həyata keçirdiyi etik davranış standartları və maarifləndirici peşəkar təlim proqramları barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, dövlət qurumlarının maarifləndirmə təşəbbüsləri və ölkəmizin kadr siyasətindəki rəsmi xəbərlərdən agah olmaq üçün bizi izləməyə davam edin.
29 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin şöbə məsləhətçisi Zeynal Cabarov “Dövlət qulluğunda etik davranış qaydaların praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda distant formada təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. əlimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.
Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin