
Aqrar Universitetinin əməkdaşı Koreyada beynəlxalq təlimdə iştirak edib
Universitetlərinin beynəlxalq əlaqələrini, qlobal tərəfdaşlıq təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrindəki akademik yeniliklər, rektorların qlobal müzakirələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiya və Texnoloji Transfer Mərkəzinin direktoru Elvin Ağayev Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşkilatçılığı ilə Cənubi Koreya Respublikasında keçirilən beynəlxalq təlim proqramında iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. “Azərbaycanda ağıllı ferma kənd təsərrüfatı mütəxəssisləri üçün bacarıqların artırılması” adlı proqramın əsas məqsədi ağıllı kənd təsərrüfatı sahəsində mütəxəssislərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və innovativ yanaşmaların tətbiqi imkanlarının genişləndirilməsidir.
Təlim çərçivəsində iştirakçılar Koreyanın Jinju şəhərində yerləşən ATEC (Agriculture Technology Education Center), Hanam bölgəsində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu və müxtəlif kənd təsərrüfatı innovasiya mərkəzlərinə səfər ediblər. Səfərlər zamanı müasir kənd təsərrüfatı texnologiyaları, ağıllı ferma sistemləri və innovativ həllərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılıb. Proqramın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

