
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “Əsgərə məktub” layihəsi keçirib
Təhsil müəssisələrində keçirilən vətənpərvərlik layihələrini, gənclərin yaradıcılıq təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı ən son fəaliyyətlər, elmi-mədəni tədbirlərdən məlumatlı olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Qrafik dizayner ixtisas qrupu tələbələrinin təşəbbüsü, eləcə də ASAN xidmət mərkəzi və ASAN könüllülərinin iştirakı ilə “Əsgərə məktub” layihəsi keçirilib.
Direktor.az xəbər verir ki, layihənin əsas məqsədi Vətənimizin keşiyində duran hərbi qulluqçularımıza mənəvi dəstək olmaq, onlara sevgi, hörmət və minnətdarlıq hisslərini çatdırmaqdır.
ASAN xidmət mərkəzində baş tutan layihədə peşə tələbələri öz yaradıcı və peşə bacarıqlarını nümayiş etdirərək xüsusi dizayn etdikləri məktub formalarında əsgərlərimizə olan səmimi ürək sözlərini və xoş arzularını qələmə alıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
