
ADU nümayəndələri Pakistanda Zəfər Gününə həsr olunan tədbirdə iştirak ediblər
Ali məktəblərimizin qlobal tərəfdaşlıqlarını, beynəlxalq elmi nailiyyətlərini və təhsil mühitində baş verən ən son hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı yeniliklər, qabaqcıl araşdırmalardan məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi tərəfindən İslamabadda 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Direktor.az xəbər verir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) Milli Müasir Dillər Universitetinin (NUML) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri Aynur Salmanova və Mərkəzin fəal tələbələri iştirak ediblər.
Tədbirdə Pakistanın elm, mədəniyyət və siyasət sahələrinin nümayəndələri, eləcə də ölkənin tanınmış və hörmətli şəxsiyyətləri iştirak ediblər. Mərkəzin nümayəndələri Azərbaycan xalqının tarixi qələbəsinə həsr olunmuş tədbirdə iştirakdan məmnunluq duyduqlarını bildirərək, Azərbaycan və Pakistan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.
Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri Aynur Salmanova oktyabrın 20-də Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovla görüşüb. Görüşdə Mərkəzin fəaliyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər təhsil, elmi-tədqiqat və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Bu çərçivədə təqaüd imkanları, birgə konfrans və seminarların keçirilməsi, mədəni tədbirlərin təşkili, Azərbaycan dilinə marağın artırılması, eləcə də 15 dekabr – Dünya Türk Dilləri Ailəsi Gününün hər il birgə qeyd olunması məsələlərinə toxunulub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

