
Məktəblilər arasında kəndirlə mübarizə idman növü üzrə yarış keçirilib
Şagirdlərin intellektual və idman fəallığını artıran yarışları, məktəblərimizdəki tədbirləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarında keçirilən müsabiqələr, rəsmi qərarlardan məlumatlı olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Günü münasibətilə Sabirabad rayonunda məktəblilər arasında kəndirlə mübarizə idman növü üzrə turnir təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. Yarışda Sabirabad şəhər ümumi təhsil müəssisələrinin komandaları iştirak ediblər. Yarış Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin Mil-Muğan Regionu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə məktəblilər həm fiziki hazırlıqlarını, həm də komanda ruhunu, birlik və qarşılıqlı dəstək bacarıqlarını nümayiş etdiriblər.
Yarışın keçirilməsində əsas məqsəd kəndirlə mübarizə idman növünün rayonda inkişafına və kütləviliyinin artırılmasına dəstək olmaq, məktəblilər və gənclər arasında bu idman növünə marağı gücləndirmək, onların idmana və sağlam həyat tərzinə təşviq edilməsidir.
Yarışın nəticələrinə əsasən:
I yeri – Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi;
II yeri – Sabirabad şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
III yeri – Sabirabad şəhər H.Z.Tağıyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi tutublar.
Sonda qalib komandalar diplom və medallarla təltif olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

